Ukraynanın Krivoy Roq şəhərində azyaşlı qızını kişi ilə yataqda tutan şəxs şərti cəzaya məhkum edilib. O, qızın sevgilisinə hücum edərək, onu döyüb, qaraja bağlayıb və bu səbəbdən oğlan intihara cəhd edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə 2024-cü ilin avqustunda baş verib. Təqsirləndirilən şəxs həyat yoldaşı ilə birlikdə evə qayıdıb. Evdə onlar yarıçılpaq azyaşlı qızlarını və hərbçi olduğu üzə çıxan tanımadığı kişini görüblər.
Ata cütlüyün cinsi əlaqədə olduğundan şübhələnib. O, qızının sevgilisinə hücum edərək onu döyüb. Daha sonra kişi zərərçəkmişi zorla maşına mindirərək qaraja aparıb. Orada yenidən qızının tanışını döyərək onu zirzəmiyə bağlayıb. Yarım saatdan sonra kişi geri qayıdıb və gördü ki, oğlan özünü asıb. O, oğlanı dərhal xilas edib və xəstəxanaya aparıb. Nəticədə zərərçəkənin həyatıxilas olunub.
Yanvar ayında zərərçəkmiş və müttəhim arasında barışıq müqaviləsi bağlanıb.
Məhkəmədə qızın atası təqsirini etiraf edərək barışıq müqaviləsinin təsdiqini istəyib. Zərərçəkmiş bu müqavilənin bağlanmasının əleyhinə olmadığını qeyd edib.
Məhkəmə ona 1 il şərti cəza verib.