Rusiyanın Novosibirsk şəhərində 41 yaşlı yerli sakin Roman Komotski saxlanılıb.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, o, sosial şəbəkələrdə azərbaycanlıların ünvanına söyüş söyüdüyü üçün həbs edilib. Söhbət bir qədər əvvəl Novosibirskdə polisin öldürdüyü Azərbaycan vətəndaşı Vəkil Abdullayevin dostları və qohumlarının ünvanına işlənmiş təhqirlərdən gedir.
O, baş verənlərdə azərbaycanlıları günahkar bilib və onların ünvanına kəskin və nalayiq ifadələr işlədib.