Azərbaycanlı milyonçunun  EVLƏRİ   əlindən alındı
07 dekabr 2021 13:07 (UTC +04:00)

Azərbaycanlı milyonçunun EVLƏRİ əlindən alındı

Azərbaycanlı milyonçu Telman İsmayılovun İsraildəki iki evinə həbs qoyulub.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, İsmayılovlar ailəsinin paytaxt Təl-Əvivdə biri 534, ikincisi 621 kv/m olan iki mülkü var. Mülklər əvvəlcə Samir Bədəlov adlı birinin adına olub. Sonradan Telman İsmayılovun oğlu Ələkbərin adına keçirilib. Hər iki evin cəmi qiyməti 3 milyon dollardır.

Təl-Əviv şəhər məhkəməsi həmin evləri T. İsmayılovun borclu olduğu “BM bank”ın tələbi ilə həbs edib. İsmayılovlar ailəsi 2012-ci ildə həmin bankdan 168 milyon dollar pul götürüb və borclu qalıb. 

Telman İsmayılov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3630
avatar

Mehman Nəbiyev

Oxşar yazılar