Nigeriyanın Borno əyalətində terrorçular avtobusa hücum ediblər.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə nəticəsində ən az 30 nəfər həlak olub.
Hücuma məruz qalanlar Gidan Bava kəndinin sakinləri olub. Terrorçular avtobusu yolda saxlayaraq yandırıblar. Ölənlər arasında uşaqlar da var.