Suriyanın Deyr əz-Zor əyalətində İŞİD yaraqlılarının avtobusa hücumu nəticəsində 20 suriyalı hərbçi həlak olub.
Lent.az xəbər verir ki, bu barədə RİA Novosti Suriya təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
10 nəfərin də yaralandığı bildirilir.
Agentliyin məlumatına görə, silahlıları Bədiyat əl-Məyadin səhrasında hərbçilərin olduğu avtobusu pusquya salıblar.
Bundan əvvəl İŞİD Pakistanın şimal-qərbində baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.