Avropadan Rusiyaya növbəti SANKSİYA:  unitaz satmayacaqlar
16 fevral 2023 14:39 (UTC +04:00)

Avropadan Rusiyaya növbəti SANKSİYA: unitaz satmayacaqlar

Hazırda Brüsseldə Avropa səfirləri Rusiyaya qarşı onuncu sanksiya paketi layihəsini müzakirə edir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, yeni layihəyə əsasən, Avropa İttifaqı Rusiyaya “bide, unitazlar, sisternlər və oxşar sanitar məmulatların” ixracını qadağan edəcək.

Sanksiya siyahısına unitazlarla yanaşı, LEDlər, çətənə lifləri, forkliftlər, məktub çeşidləyiciləri, tüstü bacaları, kərpiclər, təkərlər və hətta fontan qələm ucları da daxil ediləcək.

Bundan əlavə, Aİ ruslara Avropa ölkələrində aktivlərini gizlətməyə kömək edən banklara və ayrı-ayrı bankirlərə cərimə tətbiq etməyi planlaşdırır. Layihəyə əsasən, cərimələr dünya üzrə bankların və onların bölmələrinin ümumi illik dövriyyəsinin 10 faizindən çox olmayacaq. Ayrı-ayrı bankirlər üçün cərimələrin ümumi məbləğinin 50 000 avro və ya “davamlı uyğunsuzluğun” hər günü üçün 5 000 avro ilə məhdudlaşdırılması planlaşdırılır.

Məlumata görə, Rusiyanın almaz və nüvə sənayesi yenə də diqqətdən kənarda qalıb. Onuncu sanksiyalar paketi də yekunlaşmadan əvvəl gələn həftə Aİ xarici işlər nazirləri tərəfindən müzakirə olunacaq və hələ də düzəlişlər ediləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1989
avatar

Oxşar yazılar