Arvad saxta vaksin sertifikatı aldı, ər həkimi məhkəməyə verdi
12 dekabr 2021 02:26 (UTC +04:00)

Arvad saxta vaksin sertifikatı aldı, ər həkimi məhkəməyə verdi

Fransanın Qarş kommunasında Covid-19 əleyhinə peyvəndin hər 2 dozasını qəbul etdiyini deyən qadın xəstəxanada ölüb.

Lent.az-ın xəbərinə görə, 57 yaşlı qadın koronavirusa öz qızından yoluxduğu üçün xəstəxanaya aparılıb. 

Lakin tam peyvənd olunduğuna dair sertifikat təqdim edən qadının qanında heç bir anticisim olmaması həkimlərdə şübhə yaradıb. Pasientin Covid pasportunu nə üçün yaşadığı yerdən 500 km aralıdakı Lyon şəhərində alması da təəccüb doğurub. Qadın ölüm ayağında tibb bacısına  işini itirməmək üçün saxta sertifikat aldığını etiraf edib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1788
avatar

Oxşar yazılar