Ana və 5 yaşlı qızın ölümü ölkəni qarışdırıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Rusiyanın Krasnoyarsk şəhərundə baş verib.
Rusiya İstintaq Komitəsi tərəfindən iki nəfərin öldürülməsi maddəsi ilə cinayət işi açılıb.
Sosial şəbəkələrdə 37 yaşlı qadının 10-cu mərtəbənin eyvanından yıxılma anı yayımlanıb.
Hüquq-mühafizə orqanları faciə yerinə gələndə mənzildə qadının azyaşlı qızının meyiti tapılıb.
Qızın boğularaq öldürüldüyü məlum olub. İlkin versiyaya görə, qızı öz anası boğub, sonra isə özünü binadan atıb.
Hazırda müstəntiqlər mənzildə nə baş verdiyini aydınlaşdırır: Hadisəyə ailə münaqişəsi səbəb olub, yoxsa evə qıraqdan gələn olub?