Amazon meşələri PLANETİ ZƏHƏRLƏYİR  – Ümidlər boşa çıxır…
06 may 2021 02:18 (UTC +04:00)

Amazon meşələri PLANETİ ZƏHƏRLƏYİR – Ümidlər boşa çıxır…

Son onillik ərzində Amazon meşələri, udduqları karbonun (CO2) 20%-dən daha çoxunu atmosferə ifraz ediblər. 

Lent.az xəbər verir ki, müxtəlif ölkələrdən olan alimlərin hesabatları onu göstərir ki, insanlar artıq Yer kürəsinin ən geniş tropik meşəliyinə ümid edə bilməzlər. 

Yer kürəsinin bütün tropik meşələrinin yarısı məhz Amazon çayının yerləşdiyi regionda mövcuddur. Digər bitkilər ilə müqayisədə tropik meşələr CO2-nin udulmasında və saxlanılmasnda daha effektivdirlər. Əgər Amazon meşələri CO2 mənbəyinə çevrilsələr, yaranacaq iqlim böhranının qarşısını almaq daha da qəliz olacaq. 

Peyklər vasitəsilə əldə olunmuş məlumatların yeni analiz üsulundan istifadə edərək alimlərdən ibarət beynəlxalq komanda ilk dəfə olaraq onu göstərib ki, bitkilərdən tamamilə məhrum olmuş zonalardan fərqli olaraq meşələr CO2 qazının emissiyası üzrə daha ciddi mənbələrə çevriliblər.

2010-cu ildən 2019-cu ilə kimi Amazoniyanın Braziliya hissəsi 16.6 milyard ton CO2 ifraz edib və bu qazın yalnız 13.9 milyard ton miqdarını udub. CO2 emissiyası meşələrin kəsilməsi və ya yanması nəticəsində baş verib. 

“Biz bu cür nəticəni gözləyirdik. Lakin biz indi dəqiq rəqəmlərə sahibik və həmin rəqəmlər onu göstərir ki, Amazoniyanın Braziliya hissəsi CO2 emissiyasının böyük mənbəyidir. Bu dəyişikliyi dayandırmağın artıq mümkünsüz olacağı vəziyyətin nə zaman baş verəcəyi bilinmir” - deyə alimlərdən biri qeyd edib./"technote"
 

# 2088
avatar

Oxşar yazılar