Almaniyada COVID-19 pandemiyasının dördüncü dalğası başlayıb.
Lent.az xəbər verir ki, bu barədə ölkənin Robert Koç İnstitunun müdiri Lothar Wieler keçirdiyi konfransda məlumat verib. O bildirib ki, peyvəndlər bunun qarşısını ala bilməz:
“Delta” variantı sürətlə yayıldığı üçün yoluxma sayında artımlar olacaq. Buna görə də virusa qarşı maska taxılmalı, məsafə gözlənilməli və gigiyenik qaydalara əməl etmək lazımdır”.
Qeyd edək ki, ölkədə son 24 saat ərzində 3 142 nəfər koronavirusa yoluxub, 21 nəfər vəfat edib. Hazırda 347 nəfər reanimasiyada müalicə alır.