Skarlett Yohansson
11 iyul 2021 04:54 (UTC +04:00)

Skarlett Yohansson

Aktrisa dilə gəldi: Hollivudda cinsi ayrıseçkilik var

Məşhur aktrisa Skarlett Yohansson film sahəsində çalısan qadınların xor görüldüyünü, dəyərləndirilmədiyini və maaşlarının az olduğunu açıqlayıb.

Lent.az "axsham.az"a istinadən xəbər verir ki, aktrisa "Glamour Magazine"ə verdiyi müsahibəsində Hollivudda cinsi ayrıseçkiliyin olduğunu etiraf edib:

"Bir qadın olaraq hər zaman öz müttəfiqiniz olmalısınız. Çünki bizə yuxarıdan aşağı baxır, yetəri qədər dəyər vermir və az ödəniş edirlər".

36 yaşlı aktrisa, "Anam bunu mənə uşaqlıqdan aşılayıb. Çünki məndən daha şiddətli formada təcrübədən keçirib. Bərabər maaş bu mübarizənin böyük bir hissəsidir" ifadərini işlədib.

Qeyd edək ki, Skarlett Yohansson bu yaxınlarda təqdimatı keçirilən "Black Widow" filmində baş rollardan birini canlandırıb. Aktrisa hazırda ikinci körpəsinə hamilədir. Onun 6 yaşında Rouz adlı qızı da var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2418
avatar

Oxşar yazılar