ABŞ prezident administrasiyası yeni növ koronavirusun mənşəyi ilə bağlı hələ konsensusa gəlməyib, Vaşinqton Pekindən əməkdaşlıq gözləyir.
Lent.az-ın xəbərinə görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
"Hazırda hökumətdə kovidin necə meydana gəldiyinə dair konsensus yoxdur" - Kirbi bildirib.