ABŞ hesabat yaydı: COVID-19  Çin laboratoriyasında yaradılıb
03 dekabr 2024 13:18 (UTC +04:00)

ABŞ hesabat yaydı: COVID-19 Çin laboratoriyasında yaradılıb

COVID-19 virusu çox güman Uhandakı Çin laboratoriyasında yaradılıb və oradan sızıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Nümayəndələr Palatasının Koronavirusla Mübarizə Komitəsinin hesabatında yer alıb.

Hesabata əsasən, virusun yaradıldığı laboratoriya Çinin aparıcı laboratoriyalarından biri olan WIV SARS-CoV-2-yə oxşar virusların tədqiq edildiyi Uhanda yerləşir.

Hazırlanması iki il davam edən hesabatda pandemiyaya federal və əyalət səviyyəsində cavab tədbirləri, həmçinin onun mənşəyi və peyvənd cəhdləri nəzərdən keçirilib.

"Bu hesabat ABŞ-yə və dünyaya növbəti pandemiyanı proqnozlaşdırmağa, növbəti pandemiyaya hazırlaşmağa, özümüzü növbəti pandemiyadan qorumağa və növbəti pandemiyanın qarşısını almağa kömək edəcək", - Respublikaçı sədr Brad Wenstrup Konqresə göndərdiyi məktubda qeyd edib.

Hesabatın başlıq nəticələri arasında ABŞ Milli Sağlamlıq İnstitutunun (NIS) pandemiya başlamazdan əvvəl Çinin Wuhan Virusologiya İnstitutunda viruslarla mübarizə yollarını tapmaq üçün gücləndirən mübahisəli "funksiya qazanma" tədqiqatını maliyyələşdirməsi də var.

"Koronavirus sürətlə bütün dünyaya yayılaraq, 7 milyondan çox insanın ölümünə səbəb olub. Pandemiya səbəbindən ölkələr sərhədləri bağlayaraq karantin elan edib, qlobal iqtisadiyyatda qarışıqlıq yaranıb.

ABŞ federal agentlikləri, Ümumdünya Səhiyyə Təşkilatı və dünya üzrə elm adamları COVID-19-un mənşəyini müəyyən etməyə çalışsalar da, konsensus əldə olunmayıb”, - sənəddə deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2084

Oxşar yazılar

Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34
İsrail ordusunda  İNTİHARLAR:   2011-ci ildən bəri ən yüksək göstərici 

İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici 

17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular

575 bal yığan abituriyenti evdən qovdular

17 iyul 2025 , 15:09