Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şara ABŞ-dan iki məsələdə dəstək istəyib.
Lent.az-ın xəbərinə görə, bu barədə İsrailin “Kann” telekanalı məlumat yayıb.
Əhməd əş-Şaranın ABŞ-dan ilk xahişi İsrailin qoşunlarının sərhəddəki bufer zonadan və Hermon dağından çıxarılması ilə bağlı olub. İsrail rəsmiləri isə “Kan”a ABŞ-dan bununla bağlı hər hansı müraciət daxil olmadığını bildiriblər.
Əhməd əş-Şaranın ikinci xahişi ABŞ-ın Suriyaya humanitar yardım göndərməsi ilə bağlı olub.