Anna Morqan-Lloyd, təqsirləndirilən şəxs (sağda)
24 iyun 2021 04:23 (UTC +04:00)

Anna Morqan-Lloyd, təqsirləndirilən şəxs (sağda)

ABŞ-da Kapitoliya binasına basqınla bağlı İLK MƏHKƏMƏ QƏRARI

ABŞ məhkəməsi Kapitoliya binasına basqın iddiası ilə əlaqədar ilk qərarını açıqlayıb.

APA “Huffington Post” nəşrinə istinadən xəbər verir ki, qərara görə, İndiana ştatından olan 49 yaşlı Anna Morqan-Lloyd 3 il şərti cəza alıb.

Qərarda, həmçinin bildirilib ki, o, 120 saat ictimai işə cəlb olunmaqla, ayda 500 dollar cərimə ödəməlidir.

Təqsirləndirilən şəxs məhkəmənin hökmünü qəbul etdiyini bildirərək qeyd edib ki, baş verənlərdən peşmandır: “Məhkəmədən, Amerika xalqından və ailəmdən üzr istəyirəm. Prezident Trampı dəstəkləməyimi dinc şəkildə bildirmək üçün orada idim və bunun zorakılıqla nəticələndiyinə görə utanıram. Belə nəticələnəcəyini bilsəydim, heç vaxt orada olmazdım”.

# 1218
avatar

Oxşar yazılar