ABŞ-da iki təyyarə toqquşub, ölənlər var-VİDEO
08 mart 2023 07:40 (UTC +04:00)

ABŞ-da iki təyyarə toqquşub, ölənlər var-VİDEO

ABŞ-nin Florida ştatında yüngül motorlu iki təyyarənin toqquşması nəticəsində azı 4 nəfər həlak olub. Təyyarələrin hər ikisi suya düşüb, onlardan biri gölün 7 metr dərinliyinə girib.

Lent.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Qəza ilə bağlı araşdırma aparan Polk qraflığının şerif ofisi qurbanların sayının daha çox ola biləcəyini istisna etməyib.

Hadisə ştatdakı yerli gölün üzərində baş verib, təyyarənin qalıqları suya düşüb. Toqquşmanın səbəbləri müəyyənləşdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2076
avatar

Oxşar yazılar