İlin əvvəlindən ABŞ-da gündə bir dəfədən çox kütləvi atışma halları qeydə alınıb, 14 mindən çox insan onların qurbanı olub.
Lent.az-ın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bazar ertəsi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
“ABŞ-da bu ilin ilk 128 günü ərzində orta hesabla gündə bir dəfədən çox olmaqla 200-dən çox kütləvi atışma olub. Bu il 14,000-dən çox insanın silahlı zorakılıq aktları nəticəsində öldüyü etibarlı hesab edilir. Bu, Konqresdəki Respublikaçıların həll etməkdən imtina etdiyi böhrandır, deyə o vurğulayıb. “Biz Amerikanın bir nömrəli uşaq qatili haqqında danışırıq və Konqresdəki Respublikaçılar bununla bağlı heç nə edə bilməyəcəyimizi deyirlər”.