Putin və Abramoviç
07 iyun 2022 18:43 (UTC +04:00)

Putin və Abramoviç

Abramoviç Putinə görə ABŞ qarşısında cavab verəcək

ABŞ rusiyalı milyarder Roman Abramoviçin sanksiyaları pozduğu iddiası ilə iki təyyarəsinin həbsi üçün order alıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, iyunun 6-da ABŞ “Boeing 787-8 Dreamliner” və “Gulfstream G650ER” üçün həbs qərarı imzalayıb. Təyyarələrin ümumi dəyəri 400 milyon dolları ötür.

Qeyd olunur ki, Abramoviç Ukraynadakı müharibəyə görə ABŞ-ın sanksiya tətbiq etdiyi rusiyalı oliqarxlar siyahısında yoxdur. Lakin Ticarət Nazirliyi onun lazımi sənədlər olmadan təyyarəni Rusiyaya təkrar ixrac etməklə sanksiyaları pozduğunu iddia edir.

Federal Təhqiqatlar Bürosunun məlumatına görə, “Dreamliner” təyyarəsi mart ayından Dubayda, “Gulfstream” isə Moskvadadır.

Rəsmilər Abramoviçin təyyarələrinin həbsinə aydınlıq gətiriblər. Onların sözlərinə görə, sanksiyalar Amerika istehsalı olan təyyarələrin lisenziyasız ixracını, təkrar ixracını və ya ölkə daxilində transferini qadağan edir.

“Rusiyalı oliqarxlar Ukraynada ölümcül müharibə aparmaq üçün ölkələrinə kömək ediblər. Onların qiymətli varlıqlarına, o cümlədən iki təyyarəyə həbs qoyulması ABŞ qanunlarını pozan və Rusiyanı dəstəkləyənləri məsuliyyətə cəlb etməyin yollarından yalnız biridir” - FTB direktorunun köməkçisi Mixael J. Driscoll açıqlamasında bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3553

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26