Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəmənin bəzi əyalətlərində sel fəlakəti səbəbindən 4625 ailənin köç etmək məcburiyyətində olduğunu açıqlayıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, BMT-nin Yəməndəki Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin yayımladığı hesabatda, ölkənin cənubunda təsirli olan güclü yağışların Lahic, Aden, Ebyen, Taiz, Ed-Dali, El-Mehra və Hadramevt əyalətlərinə ziyan vurduğu bildirilib.
Məruzədə güclü yağış səbəbindən Adenin El-Mualla və Kreyter bölgələrində evləri və yolları su basdığı, Hadramevt əyalətindəki bəzi ev və körpülərin, su şəbəkələrinin və kənd təsərrüfatı məhsullarının məhv olduğu bildirilib.