Türkiyədə güclü qar – ÇOBAN DONDU...
25 may 2020 13:22 (UTC +04:00)

Türkiyədə güclü qar – ÇOBAN DONDU...

Mayın sonlarına doğru yaxınlaşsaq da, Türkiyə qarlı hava ilə mübarizə aparır.

Lent.a Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Bayburt vilayətində yağan güclü qar kənd yollarını bağlayıb.

Vilayətin Yol İdarəsinin işçiləri dünyanın ən təhlükəli yolları arasında yer alan Soğanlı dağ keçidini qardan təmizləmək üçün mübarizə aparır.

Ölkənin Ərzincan vilayətində də qarlı hava problemlərə yol açıb. May ayının sonlarına doğru sanki qış aylarının yaşandığı vilayətin yollarında avtomobillər təkərlərinə zəncir taxmaqla hərəkət edir. Yollara duz səpilir.

Ərzincan-Sivas avtomobil yolunun yaxınlığındakı kəndin çobanının dərədə donmuş cəsədi aşkarlanıb. 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 25831
avatar

Aygün İbrahimli

Oxşar yazılar