ABŞ Prezidenti Donald Trampın köməkçilərindən birində yeni növ koronavirus (COVID-19) testinin nəticəsi pozitiv olub.
APA-nın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Tramp həmin şəxslə çox yaxın təmasda olmadığını deyib və iki dəfə COVID-19-la bağlı test nəticəsinin neqativ çıxdığını bəyan edib.
ABŞ prezidenti özünün və vitse-prezident Mayk Pensin hər gün koronavirus testindən keçəcəyini bildirib.