Təbrizdə koronavirusa yoluxan 7 nəfər xəstəxanadan qaçdı
05 may 2020 19:48 (UTC +04:00)

Təbrizdə koronavirusa yoluxan 7 nəfər xəstəxanadan qaçdı


Təbrizin Razi xəstəxanasından 7 koronavirus xəstəsi qaçıb.  

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Təbriz şəhər polisinin rəisi general Fərhəng Novruzi deyib.

Onun sözlərinə görə, 7 xəstə xəstəxananın mühafizə xidmətinin gözündən yayınaraq  qaçıb və evlərinə gedib. 

"Məlumat daxil olan kimi Təbrizin 20-ci polis bölməsinin əməkdaşları hadisə yerində olub. Təcili tibbi yardım əməkdaşlarının və polisin birgə əməliyyatı ilə həmin şəxslər saxlanılaraq xəstəxanaya təhvil veriliblər”, - deyə Novruzi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2190
avatar

Oxşar yazılar