Keçən həftənin 4-cü günü koronavirusa yoluxduqları açıqlanan məşhur amerikalı aktyor Tomas Henks və həyat yoldaşı Rita Vilson xəstəlikdən müalicə olunub.
Lent.az Tyürkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük artıq evə buraxılıb.
Onlar Avstraliyada kirayədikləri bir evdə özlərini karantina alıblar.
63 yaşında olan məşhur aktyor İnstaqramda paylaşdığı yazıda koronavirusun əlamətlərinin necə olduğunu da açıqlayıb: “Soyuqdəymə və bəzi vücud ağrılarımız oldu. Özümüzü yorğun hiss etdik. Çox olmayan temperaturla yanaşı, həyat yoldaşımın titrətməsi də var idi”.
Cütlüyün hazırda qaldığı Kvinsled əyalətində indiyə kimi 68 koronavirusa yoluxma qeydə alınıb.
Avstarliyanın baş naziri ölkəyə gələn hər kəsin 14 gün evdə karantində qalmasının vacib olduğunu açıqlayıb.