Səudiyyə Ərəbistanında koronavirusa qarşı mübarizə tədbiləri çərçivəsində Məkkə və Mədinə şəhərlərində küçəyə çıxma qadağasının müddəti 24 saata qaldırılıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər veir ki, qərar yalnız dövlət və özəl qurumlarda həyati əhəmiyyət kəsb edən sahələrdə çalışanlara şamil olunmur.
Qeyd edək ki, ölkədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Ər-Riyad, Məkkə və Mədinə əyalətlərinə martın 25-dən giriş-çıxış bağlanıb.
Əhalinin küçəyə çıxmasına isə yalnız saat 15:00-a kimi icazə verilirdi.