Türkiyənin Karaman şəhərində aralarında ədavət olan şəxslərin mübahisəsi bıçaqlanma ilə bitib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ötən gecə Həmidiyyə məhəlləsində meydana gəlib. Aralarında əvvəlcədən ədavət olan Hamdi.A və Erdi.B naməlum səbəbdən dalaşıblar. Daha sonra Erdi.B Hamdi.A-ı sol ayağından bıçaqlayıb.
Hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım maşını gəlib. Hamdi.A tibb işçilərinin onu xərəyə qoyduqları zaman arvadına görüntülü zəng edərək, “Məni vurdular” deyib.
Bıçaqlanan şəxs Karaman Elmi-Tədqiqatlar İnstitutuna aparılıb. Polis Erdi.B-nın tapılması üçün axtarışları davam etdirir.