İranda yeni növ kororanavirusa yoluxan millət vəkili Zöhrə İlahiyan sağaldığı üçün xəstəxanadan evə buraxılıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, özü də həkim olan millət vəkili tədbirlər görüldükdən sonra koronavirusdan qorxmamağa çağırıb: “Məcbur qalmadıqca səyahət etməyin. Əlləriniz tez-tez yuyun. Əlinizlə üzünüzə toxunmaqdan çəkinin”.
Qeyd edək ki, iranlı millət vəkilinin martın 5-də koronavirusa yoluxduğu məlum olmuşdu. Bundan sonra xəstəxanada karantinə alınan deputat cəmi 5 günə sağalıb.
Qeyd edək ki, İranda yeni növ koronavirus ilk dəfə fevralın 19-da Qum şəhərində aşkarlanıb. Hazırda yeni virusa yoluxanların sayı 8 mini ötüb. Ölənlər isə 291 nəfərə çatıb.