Türkiyədə koronavirusa yoluxma faktlarından sonra ölkənin paytaxtı Ankarada ictimai nəqliyyatdan istifadə edənlərin sayı yarıbayarı azalıb.
Lent.az Türkiyə mətbuatına əsasən xəbər verir ki, Ankara metropsundan olan görüntülərdə sərnişinlər az gözə dəyir.
Şəhər bələdiyyəsinin bütün ictimai nəqliyyatı dezinfeksiya etməsinə baxmayaraq, metro oturacaqları boş qalıb.
Qeyd edək ki, hazırda Türkiyədə yeni növ koronavirusa yoluxanların sayı 18-dir. Hökümət ehtiyac olmadığı halda əhaliyə evdən çıxmamaqla bağlı çağırış edib.