Koronavirusa qarşı peyvənd haqqında son xəbər yayılıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-da bu gün koronavirus peyvəndi sınaqdan keçirilək.
ABŞ-da koronavirus peyvəndi testlərinin nəticəsi dünyada maraqla gözlənilir. Ölkənin Milli Səhiyyə İnstitutu peyvənd işlərini dəstəkləyir.
ABŞ-da peyvəndin 45 yaşındakı sağlam bir insanda sınanacağı bildirilib.
Sağlam insanın üzərində test aparmaqda məqsəd vaksinin əks təsirlərini müəyyənləşdirməkdir.
Peyvəndin nəticəsi müsbət çıxsa belə, dərmanın hazırlanması və satışa çıxarılması üçün 8 ay vaxt lazım olacaq.