Konor Makqreqor Fransada həbs edildi: haqqında şikayət var
13 sentyabr 2020 07:14 (UTC +04:00)

Konor Makqreqor Fransada həbs edildi: haqqında şikayət var

İki çəki dərəcəsində qarışıq döyüş növü üzrə keçmiş UFC çempionu İrlandiyalı Konor Makqreqor qeyri-etik davranışlarına görə Fransaya aid Korsika adasında polis tərəfindən saxlanılıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, idmançı nümayişkaranə cinsi davranışda günahlandırılır. 

32 yaşlı irlandiyalı Korsika adasında tətildə olarkən onun barəsində sentyabrın 10-da polisə şikayət daxil olub. İttihamların digər təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, Makqreqor ilk dəfə 2019-cu ildə məsuliyyətə cəlb edilib. Həmin ilin noyabr ayında o, Dublində görmə problemindən əziyyət çəkən yaşlı kişini döyməkdə günahlandırılmışdı. Sonra İrlandiyalı həbsxanadan qaçsa da, məhkəmə onu cərimələmişdi.

Xatırladaq ki, Makqreqor bu ilin iyun ayında karyerasını başa vurduğunu elan edib. O, UFC-nin ən populyar döyüşçülərindən biridir. Qarışıq döyüş növlərində 26 döyüş keçirib. 22 qələbəsi, 4 məğlubiyyət olub. İlk dəfə UFC titulunu 2015-ci ildə qazanıb. Eyni vaxtda fərqli çəki dərəcələrində iki titul qazanan ilk döyüşçü olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8690

Oxşar yazılar

Məşhur gürcü iş adamı Georgi Ramişvili saxlanıldı

Məşhur gürcü iş adamı Georgi Ramişvili saxlanıldı

6 iyul 2025 , 23:56
Özbəkistanda zəlzələ  oldu

Özbəkistanda zəlzələ oldu

6 iyul 2025 , 20:43
Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

6 iyul 2025 , 19:38
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49