İranda "spirt koronavirus üçün yaxşıdır" dedi-qodularına görə son bir həftədə saxta içki içərək həyatını itirənlərin sayı 73-ə çatıb.
Lent.az xəbər verir ki, İranın rəsmi agentliyi İRNA Xuzistan əyalətində martın 6-dan indiyə kimi saxta içki istehlak edən 500-dən çox insanın zəhərləndiyini və xəstəxanalara müraciət etdiyini açıqlayıb. Əyalətdə saxta içkidən həyatını itirənlərin sayı 46 nəfərdir.
Elburzdə 15, Mazandaran əyalətində saxta içki səbəbiylə 12 nəfərin öldüyü açıqlanıb. Ümumillkdə saxta içkilər səbəbindən cəmi 73 nəfər həyatını itirib.
Saxta içki istintaqı ilə əlaqədar 17 adam nəzarət altına alınıb.