Rusiya baş prokurorluğuna 17 il əvvəl Dağıstanın Dərbənd şəhərində baş vermiş dəhşətli cinayətin materialları təqdim olunub.
Lent.az-in yerli KİV-ə istinadən məlumatına görə, 2003-cü ildə Rzaqulu Dadaşov və Ənvər Babayev Azərbaycan vətəndaşının etibarından sui istifadə edərək onu Dərbənd şəhəri yaxınlığında yerləşən meşə massivinə aparıblar. Onun üstündə pul olduğunu bilən qatillər Azərbaycan vətəndaşını öldürüb, daha sonra yandırıblar.
Qatillər onun çantasındakı 38 min dolları götürərək uzun müddət istintaqdan yayına biliblər.
17 il sonra ələ keçən qatillərin cinayəti tam sübut olunub.
İndi onları 20 ilədək həbs gözləyir.