SSRİ-nin ən məşhur qənnadıçısı Anna Çulkova 86 yaşında dünyasını dəyişib.
Lent.az-ın məlumatına görə, Çulkova 1967-ci ildə “Ptiçye moloko” konfetinin reseptini hazırlayır və onun kütləvi istehsalına başlanılır. Bu əməyinə görə, o, “Lenin” ordeninə layiq görülür. Bundan sonra xanım qənnadıçı “Zolotoy Roq”, “Kometa”, “Meteorit”, “Meçta” vafli tortu və daha onlarla konfetin reseptini hazırlayıb.