Gürcüstanda kənd təsərrüfatı məhsulları satılan bazarlar bağlanır. Lent.az-ın yerli KİV-ə istinadən məlumata görə, ilkin olaraq aprelin 5-də Ozurqeti bazarı qapadılıb.
Bu gündən etibarən isə Tiflis, Kutaisi, Batumi, Sameqrelo, Senaki və Zuqdidi, habelə Şida Kartli regionunda bazarlar yığışdırılır.
Potidə isə bazar sahibi maraqlı addım atıb. Bazara girən alıcıların kağız pullara əlindən alınır, dezinfeksiya edildikdən sonra ütülənir, məhz bundan sonra alış-verişə icazə verilir.