“Fransada koronavirusa yoluxanların sayı demək olar ki, son gündə 4 min artıb və hazırda 29155-ə çatıb”.
APA Reuters-ə istinadən xəbər verir ki, bunu cümə axşamı ölkənin Səhiyyə İdarəsinin rəhbəri Jerom Salomon brifinqdə söyləyib.
O bildirib ki, virusdan ölənlərin sayı 1669 nəfərdir: “Hazırda xəstəxanalarda 13904 xəstə müalicə alı, onlardan 3755-i reanimasiyadadır”.