Dünyanın daha bir ölkəsində koronavirusa yoluxma faktı qeydə alınıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Malayziyada 41 yaşında kişidə koronavirusa yoluxma faktı aşkarlanıb.
Ölkənin həkimlərinin verdiyi açıqlamlaya görə, xəstə iş ortaqları ilə görüşmək üçün Çinin Uhan şəhərindən Sinqapura səyahət edib. O, ölkəsinə döndükdən bir həftə sonra virusun əlamətləri özünü göstərib.
Xəstə karantin altına alınıb.