Twitter-in yaradıcısı Cek Dorsi koronavirsula mübarizəyə bir milyard dollar ayırıb.
Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu, onun varidatının üçdə bir hissəsidir. "Forbes"in siyahısında Dorsinin varidatı 3.2 milyard dollar göstərilir.
Məlumata görə, bu, indiyədək dünyada koronavirusla mübarizəyə ən çox ayrılan şəxsi vəsaitdir. Bu rekordun təkrarlanması isə gözlənilmir.