Braziliyada koronavirus ÜSYANI: mindən çox məhkum qaçdı
17 mart 2020 11:29 (UTC +04:00)

Braziliyada koronavirus ÜSYANI: mindən çox məhkum qaçdı

Braziliyada koronavirusa qarşı görülən tədbirlər səbəbindən bəzi həbsxanalarda qiyam baş verib və müxtəlif şəhərlərdəki həbsxanalardan təxminən 1350 məhbus qaçıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin cənubundakı Monqaqua, Trimimbə, Mirandopolis və Porto Feliz şəhərlərindəki yarıaçıq həbsxanalarda COVİD-19-ın yayılmasına qarşı ziyarətlərin və müvəqqəti çıxışların məhdudlaşdırılması kimi tədbirlər səbəbiylə üsyan baş verib.

Nəticədə Monqaqua şəhərindən təxminən 400 məhkum qaçıb.

Digər şəhərlərdən də 926, 30 məhbus qaçıb.

Qaçan məhkumların yalnız 41-ni tutmaq mümkün olub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1503
avatar

Aygün İbrahimli

Oxşar yazılar