Türkiyənin Ankara şəhərində 80 və 89 yaşlı ər-arvad koronovurusdan sağalıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar hər ikisi 13 gün əvvəl yüksək temperatur şikayəti ilə xəstəxanaya yerləşdirilib.
Koronovurusa yoluxduqları məlum olan yaşlı ər-arvad 13 gündən sonra onları müalicə edən həkimlərin alqışları altında evlərinə yola salınıb.
Sağalanların evlərində də 14 gün nəzarətdə saxlanacağı açıqlanıb.