77 yaşlı kişi  seks oyuncağına görə  məhkəməyə şikayət etdi
05 oktyabr 2023 17:14 (UTC +04:00)

77 yaşlı kişi seks oyuncağına görə məhkəməyə şikayət etdi

Sankt-Peterburqda yaşlı kişi qəribə olayla bağlı məhkəməyə müraciət edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, 77 yaşlı Aleksandr adlı təqaüdçü intim mallar mağazasından aldığı seks oyuncağının qüsurlu olmasından dolayı məhkəməyə üz tutub.

Əşya avqustun 31-də alınıb, ikinci istifadə günündə üzərindəki elastik bant qırılıb. Aleksandr məhsulun üzərində çatların olduğunu görüb və mağazaya gedib məhsulun dəyişdirilməsini tələb edib. Ancaq mağaza məhsulu dəyişdirməkdən boyun qaçırıb.

Təqaüdçü mağazadan həm seks oyuncağının pulunu, həm də fiziki və mənəvi zərərə görə 15 min rubl (təxminən 262 manat) tələb edib. O bildirib ki, yaşına görə əsəbi olması əks göstərişdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6759
avatar

Oxşar yazılar