Moskva vilayətinin Domodedovo rayonunun Domodedovo kəndindəki uşaq bağçasında uşaq dərs zamanı dünyasını dəyişib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə fevralın 15-də səhər saatlarında bədən tərbiyəsi dərsi zamanı baş verib. Dərsin ortasında altı yaşlı uşaq qəfil özünü pis hiss edib və təcili yardım çağırılıb.
Hadisə yerinə gələn həkimlər ürək tutmasını qeydə alıblar. Onu diriltməyə bir neçə dəfə cəhd etsələr də, uşağı xilas edə bilməyiblər. Mərhumun anadangəlmə ürək xəstəliyi olduğu deyilir.