Avstraliyanın Tasmaniya ştatında orta məktəbdə faciə yaşanıb.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Regional polis idarəsi məlumat yayıb.
Polis komissarı Darren Hayn bildirib ki, həlak olanlar 6-cı sinif şagirdləridir: “Ölənlərdən ikisi oğlan, ikisi qızdır. Beş şagirdin xəstəxanada müalicəsi davam edir. Onlardan dördünün vəziyyəti ağırdır”.
Qeyd edək ki, hadisə dekabrın 16-da səhər saatlarında baş verib. Devonport Məktəbində ənənəvi həftə sonu keçirilən piknikdə güclü külək məktəblilərin üzərinə çıxaraq əyləndiyi hava batutunu havaya qaldırıb. Nəticədə uşaqlar təxminən 10 metr hündürlükdən yıxılıblar.
Avstraliyanın Baş naziri Skott Morrison faciəni ağılasığmaz və ürəkağrıdan adlandırıb.