3,5 milyon dollarlıq qiymətli əşyalar oğurlayanlar tutuldu
29 iyul 2021 08:33 (UTC +04:00)

3,5 milyon dollarlıq qiymətli əşyalar oğurlayanlar tutuldu

Dubay polisi sərgi stendindən 3,5 milyon dollardan çox dəyəri olan zinət əşyaları və saatları oğurlayan şəxsləri 10 saatdan da az müddətdə saxlayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dubay əmirliyi polisinin “Facebook” səhifəsində məlumat yer alıb.

“Polis əməkdaşları avtomobil sərgisinin stendindən təxminən 13 milyon BƏƏ dirhəmi dəyəri olan (3,5 milyon dollardan çox) zinət əşyaları və saatların naməlum şəxslər tərəfindən oğurlanması və cinayət yerində heç bir iz buraxmadan oğurluq motosikletlərlə ərazidən qaçmaları barədə məlumat aldıqdan 10 saat vaxt keçməmiş bir qrup şübhəli avropalını saxlayıb”, - deyə Dubay polisinin rəhbəri Abdullah əl-Murri bildirib.

Onun sözlərinə görə, oğurlanmış əşyalar qanuni sahiblərinə qaytarılıb.

Dubay polisinin Cinayət Axtarışları Baş İdarəsinin direktoru Camal əl-Cəlləfin sözlərinə görə, həbs olunanlar “soyğunçuluqla məşğul olan mütəşəkkil dəstə”nin üzvləridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1044
avatar

Oxşar yazılar