ABŞ-ın Cənubi Karolina ştatında üç yaşlı oğlan təsadüfən 33 yaşlı anasını güllələyib.
Lent.az-ın “True Crime Daily” nəşrinə istinadən verdiyi xəbərə görə, hadisə nənənin gözü qarşısında baş verib.
Polis hadisə yerində 33 yaşlı yaralı qadını, onun 3 yaşlı oğlu və yaşlı anasını aşkarlayıblar. Qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Ölən qadının anası sorğu zamanı bildirib ki, uşaq evdə tapdığı tapançadan təsadüfən atəş açıb.