3 milyardın oğurlanmasında müqəssir kimdir?
20 sentyabr 2011 19:56 (UTC +04:00)

3 milyardın oğurlanmasında müqəssir kimdir?

İranda 2,6 milyard dollar dövlət əmlakının mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb. İslam Respublikasının rəsmi xəbər agentliklər ölkənin iqtisadiyyat və maliyyə naziri Şəmsəddin Hüseyniyə istinadən bu haqda məlumat yayıb.

Yerli informasiya vasitələri bildirib ki, onlar «Bank-e Sadirat»dan kredit almaq üçün saxta səndələr düzəldib. Şübhəli bilinənlər bu məqsədlə İranın bir sıra dövlət müəssisələri, o cümlədən «Khuzestan Steel Co» («Xuzistan stel kompani») adlı ən iri polad istehsalı zavodunun adına pul götürüblər.

İranın baş prokuroru Qulamhüseyn Möhsüni-Ejei ötən gün bu məsələ üzrə 19 nəfəri saxladıqlarını söyləyib. Onun sözlərinə görə, bu cinayətdə şübhəli bilinənlərin bir qisminin ölkədə çıxmasına, eləcə də onların bu pulu ofşor bölgəyə ötürülməsinin qarşısını almaq məqsədi ilə tədbirlər görülür. «Mən cinayətin baş verdiyi əsas nöqtəyə, Xuzistana hadisə yeridən bir sıra vacib tədqiqat işlərinin aparılması üçün gəlmişəm. Onların bank hesabları bağlanıb, ticarət və bazarlıq əlaqələr işində fəaliyyət göstərməsi qadağan olunub. Habelə Mərkəzi Bank vasitəsi ilə onların bütün mal-mülkləri təsbit edilib» - deyə, baş prokuror ərəblər yaşadığı Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərinə səfəri zamanı bildirib.

İran Mərkəzi Bankının başçısı Mahmud Bəhməni qeyd edib ki, maliyyə vəsaitini n böyük bir hissəsi ölkədə qalıb.

ETTELAAT naziri Heydər Müslehinin dediyinə görə, bu məbləğin 25,3 milyon dolları xaricə ötürülüb: «Biz olayla bağlı məlumatlar toplamaqla məşğuluq. Odur ki, məşğul olduğumuz iş xeyli vaxt aparacaq. Bu məsələ korrupsiya və rüşvətxorluq həddini aşıb».

Ötən həftəki cümə namazı xütbələri də əsasən bu cinayətə həsr olunub. Tehranın imam cüməsi ayətulla Seydi Əhməd Xatəmi deyib: «Bu cinayət bir adamın işi deyil. Onlar bir qrup olub və başqalarından da yararlanıblar. Xalq məsul şəxslərin və u işi görənlərin cəzalandırılmasını tələb edir».

Təbrizin imam cüməsi ayətulla Möhsün Müctəhid- Şəbüstəri də cinayətkarları tapılaraq, ən ağır cəzaya məhkum olmasının vacibliyini söyləyib.

Xatırladaq ki, bu il sentyabrın 12-də bu fırıldağı quran milyarder Əmir Mənsur Arianın bank hesabları tənzimləyici qurum tərəfindən qapadılıb. İran informasiya vasitələrinin məlumatına əsasən, onlar planı 2007-ci ildən həyata keçirməyə başlayıb. Avqustun əvvəlində isə «Bank-e Saderat»ın fəaliyyətindən şübhələniblər.

Araşdırmalara əsasən ehtimal edilir ki, dələduzlara bankın əməkdaşları yaradım edib.

Əmir Mansur Arianın ticarət imperiyasına çeşidli sahələrlə bağlı 35 şirkət daxildir.
«Keyhan» qəzetinin yazdığına əsasən, hakimiyyətdəki dini xadimləri Arianı prezident Mahmud Əhmədinejadın ən təsirli tərəfdarlarından sayırlar.

Bu olayın bir ucu heç şübhəsiz hakimiyyətdə təmsil olunanlara bağlıdır. Çünki İranda bütün dələduzluqlar iqtidardakıların iştirakı olmadan çətin həyata keçsin. Axı, adi vətəndaşların banklarla bağlı elə bir ciddi əməliyyatlar aparmağa nə imkanı, nə də vəsaitləri var.

Bu baxımdan hədəfdə yenidən prezdient Mahumd Əhmədinejad və onun söykəndiyi komandanın olması ehtimalı az deyil. Onu da ehtimal etmək olar ki, İran prezidenti gizli olaraq ABŞ və İsrail hakimiyyətləri ilə danışıqlar aparıb, yaxud aparır. Onun qohumu və prezident aparatının başçısı Rəhim Məşainin İsrailin ünvanına söylədiyi xoş sözləri yada salmaq da olar.

Nəhayət, Əhmədinejad 2005-ci ildə prezident seçkisi qabağı kampaniya zamanı ölkənin Neft Nazirliyində kök salmış «mafiyanı» dağıdacağını boyun olmuşdu. Bu vədinə əməl etdiyini göstərməkdən ötrü o, keçmiş prezident, hazırda dini ekspertlər şurasına sədrlik edən Haşimi-Rəfsəncaninin qurumda aparıcı post tutan oğlunu vəzifədən azad etdi. Bu ona bir qədər baha başa gəldi. Belə ki, Əhmədinijat bir neçə ay parlamentdə neft nazirliyinə namizədini təsdiqlədə bilmədi. Bundan başqa ötən 4 ilə yaxın müddət ərzində bu nazirliyə başçılıq edənlər də tez-tez dəyişməkdədir.

Hər kəsə məlumdur ki, İran təki ölkələrdə iqtisadiyyatın əsasını neftdən gələn gəlirlər təşkil edir. Amma bu sahəyə ictimai nəzarət yox dərəcəsindədir. Neft pullarının hakimiyyətdəkilər tərəfindən «sovrulması» ilə bağlı xəbər yeni hadisə deyil. İş o yerə çatıb ki, bunu artıq gizlətmək mümkün deyil və məsələ ölkə parlamenti səviyyəsində müzakirə olunmaqdadır.

İran məclisinin sədri Əli Laricani onda neft və neft məhsullarından gələn gəlirlər «yox çıxmasına dair» araşdırmanın davam etdirilməsini söyləmişdi.

İslam Respublikasının Auditor Palatasının məlumatına əsasən 2006-2007-ci maliyyə ilində neftdən gələn gəlirdən on milyard dollar dövlət xəzinədən yayınıb. Əhmədinijatın köməkçisi Ələkbər Cavanfikir demişdi: «Səlahiyyətli orqanlar bu məlumatı yoxlamalıdır. Ola bilsin ki, anlaşılmazlıq baş verib».

Beləliklə, son 4 ildə dövlət malından (İran din xadimlərinin dediyi kimi «beytül mal»dan) 13 milyard dollar yox çıxıb. Kimdir müqəssir, prezident Mahmud Əhmədinejad, yoxsa ona bu postu tutmaqda xeyir-dua vermiş ali rəhbər ayətulla Xamneyi? Hər halda belə hallarda ölkənin birinci adamı da az məsuliyyət daşımır.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675

Oxşar yazılar