İlk elektron kitabın yaradıcısı öldü
ABŞ-ın müstəqillik bəyannaməsinin elektron versiyasının - dünyanın ilk elektron kitabının yaradıcısı və ən qədim “Project Gutenberg” elektron kitablar kitabxanasının banisi Maykl Hart 64 yaşında vəfat edib. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Maykl Hartın meyiti sentyabrın 6-da İllinoys ştatının Ubran şəhərindəki evində tapılıb və ölümünün səbəbi hələ ki, müəyyən edilməyib.
Qeyd edək ki, Maykl Hart 1971-ci il iyulun 4-də Müstəqillik Günündə ölkə mağazalarından birində alış-veriş edən zaman pulsuz əldə etdiyi ABŞ-ın müstəqillik bəyannaməsinin surətindən ruhlandırıb. O zaman İllinoys Universitetinin tələbəsi olan Maykl Hart dərs vəsaitlərinin öyrənilməsi üzrə laboratoriyada yaradılan “Xerox Sigma V” meynfreymdən istifadə etmək imkanına malik olub. Bəyannaməni əldə edən Maykl Hart onun surətini hesablayıcı sistem vasitəsilə çap edərək “Arpanet” kompüter şəbəkəsi (müasir internetin prototipi hesab olunan) üzrə dostları arasında yaymaq qərarına gəlir. Həmin andan və sonrakı 40 il ərzində o həyatını ədəbiyyatın elektron şəkildə yayılmasına həsr edir.
Maykl Hart inanıb ki, zaman keçdikcə istənilən şəxs “Project Gutenberg” kitabxanasının surətini əldə edə biləcək. Bundan başqa, o kompüter tərcüməsi mexanizminin yaradılacağını da əvvəlcədən deyərək gələcəkdə bir dildə yazılan kitabın avtomatik olaraq yüzlərlə dilə tərcümə ediləcəyini güman edib. O, sağ ikən bu ideya həyata keçməyib, lakin texnologiyalar bu istiqamətdə sürətlə hərəkət edir.

797