Uyğurların qanı üstündə qurulan İran-Çin əlaqələri
Çin Xalq Respublikası ilə İran İslam Respublikası arasında son günlər əməkdaşlığın daha genişləndirilməsi nüvə proqramına görə Tehran hakimiyyətinə tətbiq edilən beynəlxalq sanksiyalar fonunda bir az təəccüblü görünə bilər. Çünki həmin sanksiyaların hamısına rəsmi Pekin dəstək verib.
Ötən həftənin sonunda bu təzadlı siyasi-ideoloji rejimlərin rəsmiləri görüşüb, yeni iqtisadi müqavilə imzalayıb. “MIGnews”-in məlumatına əsasən, tərəflər arasında imzalanmış bir sıra müqavilə tərəflərin siyasi və iqtisadi məsələlərdə də müəyyən razılığın əldə edilməsindən xəbər verir.
İranla Çin arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi qrupunun başçısı Hüseyn Kaheri bildirib ki, 20 ilə ərzində (1991-2011) iki ölkə arasında ticarət dövriyyəsi 200 milyon dollardan 30 milyard dollaradək artıb. Qeyri-neft sahəsində isə əlaqələr 27 dəfə artaraq, 1998-ci ildə 170 milyon dolardan, 2010-cu ildə 575 milyon dollaradək yüksəlib.
Ötən həftə Çin Kommunist Partiyası Siyasi Komitəsinin üzvü və partiyanın Mərkəzi nizam-intizam komissiyasının katibi He Qotsian Tehrana səfər edərək, İran prezidenti Mahmud Əhmədinejadla görüşüb.
İki ölkə arasında diplomatik münasibət 1971-ci ildən bəri qurulub və bu əlaqələr artan xətt üzrə inkişaf etməkdədir. Bu il həmin münasibətlərin qurulmasının 40 illiyi tamam olur. Katib bildirib ki, ölkəsi ikitərəfli dostluq və qarşılıqlı əməkdaşlığı dərinləşdirib inkişaf etdirmək niyyətindədir.
İran prezidenti də bir sıra sahələr üzrə Çinlə bağladıqları müqavilədən, onun tərəflər üçün önəmindən danışıb.
“İRNA”-nın məlumatına görə, bu görüşün nəticəsi kimi tərəflər arasında iqtisadi əməkdaşlıq üzrə 4 milyard dollarlıq anlaşma imzalanıb. Bu sənədlər paketinə bir sıra məsələlər daxildir. Çin şirkətləri İrandan xrom idxal etməklə yanaşı, neft də alacaqlar.
M.Əhmədinejad deyib ki, Pekinlə Tehran ticarət dövriyyəsini 100 milyard dollaradək artıra bilər. Onun sözlərinə görə, iki ölkə arasında texnologiya, energetika, kosmik araşdırmalar və turizm sahəsində mübadilə buna imkan verir.
Mərasimdə iştirak edən Çinin İrandakı səfiri Yui Xuananın vurğulayıb ki, ötən il ticarət dövriyyəsi 30 milyard təşkil edibsə, cari il bu rəqəm 40 milyard dollar ola bilər. Çünki bu ilin ilk 4 ayında tərəflər arasında sərmayə qoyuluşu 50 faiz artıb. O, Rusiya ilə ölkəsi arasında olan dövriyyəni xatırladaraq, deyib ki, çeşidli dəyərləndirməyə əsasən, Rusiya ilə ticarət dövriyyəsi 60 milyard dollar təşkil edib. Bura Çində gündə istehlak edilən 12 faiz neft də daxildir.
İran-Çin birgə ticarət palatasının başçısı Əsgərövladi isə tərəflər arasında ticarət dövriyyəsini bu il 70 milyard dollaradək qaldırmağı planlaşdırdıqlarını söyləyib. O, əlavə edib ki, Birləşmiş Ərəb Əmirliyi ilə ölkəsi arasında olan ticarət dövriyyəsi 16 milyard dollar təşkil edir, bununsa 7 milyard dolları Çin mallarının payına düşür.
Tehranla Pekin arasında son əlaqələr iki önəmli olaydan sonra baş verib. Ötən həftə ABŞ prezidenti Barak Obama tibetlilərin lideri Dalay Lamanı qəbul edərkən, bildirib ki, rəsmi Vaşinqton tibetlilərin milli – mədəni haqlarının təmin olunmasını dəstəkləyəcək.
Bu görüşdən öncə, rəsmi Pekin Ağ Evdən bu görüşü keçirməməyi istəmişdi. Çin etirazına baxmayaraq, həmin görüşün baş tutacağını bildiyindən ABŞ-ın acığına İranla sanksiya tətbiq edilən sahələr üzrə əlaqələri genişləndirən müqavilələr imzalayıb. Pekinin bu hərəkətini həm də Qərbə qarşı çıxmaq kimi də dəyərləndirmək olar.
Tehran isə bu durumdan tez yararlanmaq qərarına gəlib. Amma o da bir məsələni görməzliyə vurub. Fələstin, Livan, Suriya, Bəhreynə görə bölgəni qarışdırmaqdan çəkinməyən Tehran hakimiyyəti Çində müsəlman uyğurların haqqının tapdanmasını görə bilmir.
Çin rəsmisi Tehranı tərk edən bir gün sonra ölkənin Sinçzyan-Uyqur muxtar bölgəsinin Xotan şəhərində baş verən qarşıdurma zamanı 20 nəfərdən çox uyğur müsəlman həlak olub. Son on illər ərzində mərkəzi hakimiyyət ora çoxlu sayda çinli, han köçürüb. Gəlmələr orada ağalıq edərək, yerli uyğurları sıxışdırır. Onlar da bu davranışa qarşı etiraz edir.
Tehran hakimiyyəti isə indiyə kimi bu məsələyə heç bir səviyyədə münasibət bildirməyib. Bir daha bəlli olur ki, Tehran hakimiyyəti Orta Şərqdə islam adından da alver edir. Yaxud başqa bir qənaət. İran İslam Respublikası müsəlman türklərin düşmənidir. Çünki o, Azərbaycan torpaqlarını işğal etmiş, təcavüzkar kimi tanıdığı Ermənistanla da çox isti münasibət saxlayır, hərtərəfli əməkdaşlığı genişləndirir.
Sədrəddin Soltan

583