İran prezidentinin yaxın silahdaşı həbs olundu
21 may 2011 13:45 (UTC +04:00)

İran prezidentinin yaxın silahdaşı həbs olundu

Lent.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, Kiapaşa prezident administrasiyasının rəhbəri Rəhim Maşayinin silahdaşıdır.

Onu aparıcı postlardan birinə məhz Maşayi təyin edib. Kiapaşa kadrlarla işləməklə yanaşı, prezidentin bütün köməkçilərini işə qəbul edərkən yoxlayırmış. Hazırda İranda prezident Mahmud Əhmədinejadla dini lider ayətulla Əli Xameneyi arasında hakimiyyət uğrunda sərt mübarizə başlayıb. Prezident postunda Əhmədinejadın əvəzləyicisi sayılan Maşayi konfliktin düz mərkəzində olub.

Əvvəllər İranda prezidentə və Maşayiyə yaxın olan ən azı 25 nəfər həbs olunub. Paralel olaraq, digər olay da yaşanır: Mayın 14-də Əhmədinejad 3 naziri istefaya göndərib. Onların arasında neft naziri Masud Mirkazemi də var. Yerli televiziyaya müsahibəsində prezident bildirib ki, şəxsən özü müəyyən müddətə Neft Nazirliyinə rəhbərlik edəcək. Amma onun bu addımı konstitusiyaya zidd sayılıb və Əhmədinejada nazirliyə başçılıq etməyə icazə verilməyib.

Qeyd edək ki, daha öncə İran Parlamenti prezidentin hökumətdə islahatlar çərçivəsində həyata keçirdiyi kadr dəyişikliklərini qanunsuz və qanunverici hakimiyyətlə razılaşdırılmaya ehtiyacı olan hal kimi dəyərləndirib. Apreldə prezidentin informasiya naziri (İran xüsusi xidmət orqanının rəhbəri) Heydər Moselxini istefaya göndərməsi böyük rezonans doğurub. Əli Xameneyi bu istefanı ləğv edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar