İrandan, yoxsa havadarlarından başlamalı? - ŞƏRH
ABŞ-ın İrana qarşı təzyiqləri davam etməkdədir. Ötən gün Konqresin iki üzvü İslam Respublikasına qarşı sanksiyaların genişləndirilməsini təklif edib. Uyğun qanun layihəsi Respublikaçılar Partiyasının təmsilçisi, nümayəndələr palatasının xarici işlər üzrə komitəsinin başçısı Aylina Ros-Lextinen və demokratlardan olan komitə üzvü Hovard Berman tərəfindən hazırlanıb.
Həmin layihədə müəlliflər təklif edir ki, insan haqlarını pozan İranlı məmurların, eləcə də atom-nüvə proqramına görə İrana tətbiq edilən sanksiyanı pozaraq Tehran hakimiyyətinin yüksək vəzifə sahibələri ilə ticarət əlaqəsi quran xarici şirkətlərin rəhbər və təmsilçilərinin ABŞ-a girişi yasaqlansın, onlarla əməkdaşlıq dondurulsun.
Bundan başqa, iranlı diplomatların Nyu-York ərazisində hərəkətlərinin məhdudlaşdırılması da bu sənəddə öz əksini tapıb.
Hələ bu il martın əvvəlində ABŞ prezidenti Barak Obama İrana qarşı iqtisadi sanksiyaların daha bir il uzadılmasına dair sənəd imzaladı.
1995-ci il martın 15-də isə ABŞ-ın o vaxtkı prezidenti Bill Klinton Amerika şirkətlərinə Tehranla bütün maliyyə-iqtisadi əməliyyatların, o cümlədən İrandakı neft-qaz yataqlarında birgə işləməyi yasaqlayan sanksiya imzalamışdı. O, vaxtdan bəri hər il bu sanksiyanın müddəti uzadılır və qadağalar siyahısına yeniləri əlavə edilir.
Ötən həftə sonu Ağ Evin yaydığı bəyanatda bildirilib ki, ABŞ bin Ladenin axtarışında göstərdiyi inadı və qərarlılığı İranın atom-nüvə proqramı ilə bağlı da göstərəcək.
Ölkə prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Tomas Donilon Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunda deyib ki, “Əl-Qaidə” terrorçu şəbəkəsinin başçısının məhv edilməsi Amerikanın dostları və düşmənlərinə güclü bir siqnaldır: “Biz boyun olduğumuzu yerinə yetiririk”.
“Bu iş İrana qarşı da nümunədir. Obama İranın nüvə silahı əldə edərək, bölgədə hegemon bir güc olmaq istədiyini çoxdan bilir. Ona görə də biz Tehranın atom silahı əldə etməsi planını ləğv etmək istəyimizə sədaqətliyik” - deyə, köməkçi söyləyib.
İran prezidenti M.Əhmədinejad isə yerli telekanallardan birinə müsahibəsində deyib ki, İranın atom-nüvə ilə bağlı Qərbin “danışıqlara başlamaqdan ayrı yolu yoxdur”.
Ötən həftə isə İran Ali Təhlükəsizlik Şurasının katibi Səid Cəlili Avropa Birliyinin ali komissarı Ketrin Eştona məktub yazaraq, “altılıq”dan (Amerika, Almaniya, Britaniya, Fransa, Çin və Rusiya) “ədalətli olmağı” və “təzyiq göstərməməyi” vurğulayıb.
Cavab çox yubanmayıb. “Röyter”in məlumatına əsasən, ali komissarın mətbuat katibi Mariya Kosyançiç deyib: “Cəlilinin məktubunda yeni heç nə yoxdur. Növbəti görüş üçün bunun əsas olacağı ehtimalı azdır. Biz gələcəkdə də İranla danışıqların bərpası üçün yeni təmaslar axtaracağıq”.
Qeyd edək ki, axırıncı danışıqlar bu ilin yanvarında İstanbulda nəticəsiz başa çatıb.
ABŞ isə İranla danışıqlara hazır olduğunu bildirərək, Əhmədinejadın müzakirələri Türkiyədə müzakirələri davam etdirmək istəyinə dair xəbəri təsdiqləməyib.
Avropa Tehrandan daha ciddi təkliflər gözləyir, İran hakimiyyəti isə inad və hikkəsindən əl çəkmir.
Bu arada Almaniya və Avropa Birliyinə üzv başqa dövlətlər İranın Hamburqda yerləşən “Europaeisch-Iranische Handelsbank” (EIH) bankına sanksiya qoymağa hazırlaşır.
Almaniya hökuməti bu maliyyə qurumunu nüvə materialları üzrə qanunsuz sövdələşmədə şübhəli bilir. Ondan başqa, bu bank vasitəsi ilə beynəlxalq sanksiyalara məruz qalmış İran müəssisələri ilə maliyyə əməliyyatı aparıldığına dair çoxsaylı sübutlar var.
Çeşidli sanksiyalara məhəl qoymayan Tehran hakimiyyəti beynəlxalq ictimaiyyəti rahatsız edən əməllərində əl çəkmir. BMT-nin tətbiq etdiyi sanksiyaları pozaraq, İran rəhbərliyi ballistik raketlərin istehsalına dair Şimali Koreya ilə davamlı olaraq, texnologiya mübadiləsi gerçəkləşdirir.
“Röyter”in əldə etdiyi məxfi hesabata əsasən, bu mübadilə üçüncü dövlətin yardımı ilə həyata keçirilir. Bəzi diplomatlar söhbətin Çindən getdiyini bildiriblər. Onlar rəsmi Pekinin davamlı olaraq, Tehrana və Pxenyana qarşı yasaqların tətbiqini əngəlləməsini buna örnək kimi göstərirlər.
Hesabatda bildirilib ki, qadağan olunmuş ballistik raketlərin detalları müntəzəm surətdə Şimali Koreyanın “Air Koryo” İslam Respublikasının “Iran Air” şirkətləri vasitəsi ilə daşınır. Özəl olaraq vurğulanıb ki, belə yüklərin daşınması üçün Şimali Koreya çarter yük reyslərinin gerçəkləşdirilməsinə üstünlük verir.
Rəsmi Tehran isə bu iddianı rədd edib.
Yalnız Çin və Şimali Koreya deyil, bu yöndə Rusiya da İrana yardım etməkdədir. Bu günlərdə BMT Təhlükəsizlik Şurasında İrana və Suriyaya silah ixracına dair məruz edilib. Həmin məruzədə hər iki dövlətin bu silahlardan dinc nümayişçilərə atəş açıldığı, silahların terrorçulara ötürüldüyü də vurğulanıb. Rusiya təmsilçisi bu hesabatla razılaşmadığını bildirib.
Göründüyü kimi, Tehran hakimiyyəti AES tikintisi adı altında əslində nüvə proqramını gerçəkləşdirmək yönündə fəaliyyətini davam etdirir. Bu yolda onun havadarları və güvəndiyi isə Rusiya və Çindir. Bəlkə Ağ ev bir az dərindən başlasa, İran məsələsi daha tez həll olunar…
Sədrəddin Soltan

386