İran hakimiyyəti: kim-kimi? - ŞƏRH
Lent.az-ın İran KİV-nə istinadən məlumatına görə, mayın 7-də hökumət başçısı ali rəhbərin təşkil etdiyi ehsan məclisinin 3-cü gününə gəlməyib.
Ayətulla Xamneyi Məhəmməd peyğəmbərin (s.a.) qızı Fatimeyi-Zəhranın vəfatının növbəti ildönümünə həsr olunmuş 3 günlük əza məclisi düzənləyib. Belə mərasimlərə ölkənin siyasi, dini, ictimai elitası, özəlliklə, prezident, parlamentin sədri, ali məhkəmənin başçısı qeyd-şərtsiz qatılmalıdır. Çünki bu dövlət və onun başçıları islam ənənələrinə görə müqəddəs sayılan insanları mütləq qaydada yad edirlər.
İran informasiya vasitələri M.Əhmədinejadın həmin əza məclisinin 3-cü gününə qatılmamasını ayətullah Xamneyidən «inciməsi» kimi dəyərləndirirlər.
Bu ziddiyyətlə bağlı başqa bir xəbərdə isə bildirilib ki, ali rəhbər prezidentə ETTELAAT naziri Heydər Müslehini vəzifəsinə bərpa etməyi əmr edib. Prezidentin müşaviri Mürtəza Tehraninin sözlərinə görə, Xamneyinin də qatıldığı iclasda ali rəhbər Əhmədinejadın qarşısında şərt qoyub: «Ya Heydər Müslehini işinə bərpa et, ya da istefa ver».
Əhmədinejad hələ ki ayətullah Xamneyinin şərtlərinin heç birinə əməl etməyib. Bununla belə yerli müşahidəçilər və informasiya vasitələri ehtimal edir ki, Xamneyi ilə Əhmədinejad arasında ziddiyyətin kökləri daha dərindir. ETTELAAT naziri ilə bağlı yaranmış münaqişə bunun yalnız üzdə olan görüntülərindəndir.
Qərb mətbuatında yayılan xəbərlərdə isə bildirilir ki, Əhmədinejada yaxın olan 25 nəfər həbs olunub.
Baş verənlərlə bağlı aşağıdakıları ehtimal etmək olar.
Bölgədə baş verənlərdən Tehran hakimiyyəti də rahatsızdır. Bundan başqa atom-nüvə proqramına, insan haqlarını pozduğuna görə beynəlxalq basqılar, habelə ölkə iqtisadiyyatında yaranmaqda olan böhran, bahalıq və s. bu kimi siyasi, iqtisadi və sosial problemlər rejimə başçılıq edənlər arasında da müəyyən çaşqınlıq yaradıb. Bu qüvvələr perspektivdə başa verə biləcək ciddi olaylardan ehtiyatlanırlar. Çünki 32 illik rejim əhaliyə qisasçılıq hissi aşılayıb. Hakimiyyətdəkilər bu durumu dəyərləndirərək, çıxış yolu axtarır. Bunlardan biri yeni komandanın hazırlanmasıdır. Baş verənlərdən göründüyü kimi, Xamneyi idarəçiliyi köhnə üsulla davam etdirməyə üstünlük verir. Onlar hələ də Orta Şərqdə baş verənləri «islam oyanış» kimi dəyərləndirirlər. Bu məsələdə Əhmədinejadın da ali rəhbərdən elə bir ciddi fərqi yoxdur. Amma ETTELAAT naziri ilə bağlı olay onun yeni komanda ilə üzə çıxması ehtimalını artırır.
Nəzərə almaq lazımdır ki, indiki ağır şəraitdə İslam Respublikasının rəhbərliyinə «qurbanlıq» lazımdır. Bununla onlar bütün suçu həmin qüvvələrin üzərin yıxmaqla, baş verəcək etiraz dalğasının qarşısını almağa səy göstərəcəklər.
Odur ki, yaxın zamanlarda İranda hakimiyyət daxilində yeni-yeni «sensasiya»ların baş verəcəyi istisna edilmir.
Sədrəddin Soltan

502