Osmanlı imperiyasında 29 general və 22 nazir erməni olub
21 fevral 2011 16:13 (UTC +04:00)

Osmanlı imperiyasında 29 general və 22 nazir erməni olub

Erməni lobbisi 2015-ci ildə qondarma “soyqırım”ın 100-cü ildönümündə beynəlxalq təşkilatlarda və ölkələrin parlamentlərində istəklərinə uyğun qərarlar qəbul etdirmək yönündə fəaliyyətə başlayıb. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, buna cavab olaraq Türkiyə Xarici İşlər Nazirliyi 7 səhifəlik “Erməni hesabatı” hazırlatdırıb.

Məqsəd beynəlxalq müstəvidə Türkiyənin tezislərini sübut etməkdir. Sənəd türk və ingilis dilində bütün dövlət qurumlarına və ictimai təşkilatlara göndərilib. Hesabatda 1915-ci ildə baş verənlər acı olaylar kimi dəyərləndirilir və ermənilərin Osmanlı imperatorluğunda xüsusi təbəə olduğu qeyd edilir.

Sənəddə yazılıb ki, ermənilər 1890-1914-cü illərdə böyük dövlətlərin fitvası ilə Şərqi Anadolu, Orta Anadolu və Aralıq dənizinə qədər olan bölgədə 40 dəfədən çox qiyam qaldırıb, terror aktları törədiblər. Birinci Dünya Müharibəsi dönəmində də ermənilər Rusiya ordusu ilə əməkdaşlıq edib, 523 min 955 türkü öldürüblər. Buna görə də Osmanlı hökumətinin ermənilərin köçürülməsi barədə qərarının öncədən planlaşdırılmadığı və siyasi məqsədli olmadığı vurğulanır. Hesabatda ermənilərin köçürülməsinin də məhdud xarakter daşıdığı yazılıb.

Hesabatda Osmanlı imperiyasında bir çox yüksək vəzifəli şəxsin də erməni olduğu xatırladılıb: “Osmanlı imperiyasında 29 erməni general rütbəsində vəzifədə olub. 22 erməni Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Ticarət və Poçt Nazirliyi başda olmaqla, nazir postunu tutub. 1915-ci ildə kənd təsərrüfatı naziri də erməni əsilli olub. 1876-cı ildən sonra Osmanlı qanunverici orqanı Meclis-i Mebusanda 33 erməni millət vəkili kimi yer alıb. Xarici İşlər Nazirliyində 7 erməni səfir, 11 erməni baş konsul və konsul kimi çalışıb. Türkiyədə 11 erməni professor kimi dərs keçib”.

Hesabatda o da xatırladılır ki, köçürülmə dönəmində ermənilərə qarşı pis rəftara görə 673 nəfər mühakimə olunub, onların 67-si edam edilib: “Erməniləri yox etmək və qətliam törətmək istəyən bir dövlət erməni köçkünlərlə pis rəftar edənləri mühakimə və edam edərmi?”
Hesabatda bildirilir ki, 1915-ci il olayları ilə bağlı ixtilafın aradan qaldırılması üçün ən məqbul yol türk və erməni tarixçilərin bir araya gələrək, araşdırma aparacaq komissiya qurmalarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810

Oxşar yazılar